Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünə start verilib.
Visiontv.az xəbər verir ki, mövsümün ilk yarışı Bəhreyndəki “Sahir” avtodromunda keçirilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen birinci olub. M.Ferstappenin komanda yoldaşı Serxio Peres Bəhreyn Qran-Prisini ikinci, “Aston Martin”in pilotu Fernando Alonso üçüncü pillədə başa vurub.
“Red Bull Racing” mövsümə qələbə dublu ilə start verib. M.Ferstappen karyerasında 36-cı dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. F.Alonsa isə 99-cu dəfə fəxri kürsüdə yer alıb.
Növbəti yarış martın 17-19-da Səudiyyə Ərəbistanında keçiriləcək.
Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
Orxan Kərimov