FOMO fenomeni və ya Dubay şokoladı trendi nəyə bağlıdır?
18.11.2024

Son günlərdə Dubay şokoladının sosial şəbəkələrdə trend olması insanların istehlak psixologiyasını əks etdirir.

İlk növbədə, bu trend “FOMO” (Fear of Missing Out- Əldən buraxmaq qorxusu) fenomeni ilə əlaqəlidir. İnsanlar ətraflarındakıların bir şeyi dəbdə görməsi ilə onu əldə etmək arzusuna düşürlər. Xüsusən sayı limitli elan olunmuş nəsnələr ətrafında bu fenomenin yaranmasına daha çox zəmin yaranır.

Eyni zamanda sosial təsdiq ehtiyacı da bu fenomenin arxasında dayanır. İnsanlar başqalarının rəylərini izləyərək həmin məhsulu almağa meyilli olurlar. Lüks və eksklüzivlik elementi də Dubay şokoladını arzulanan edir, çünki o, fərqlilik və cəmiyyət içində prestij simvolu kimi qəbul edilir.

Neandartal

visiontv.az