Fərqli ölkələrin valyutaları və onların ifadə etdiyi mənalar...
Fərqli ölkələrin valyutaları və onların ifadə etdiyi mənalar...
21.11.2022 MEDİA Tərəfindən

Pul elə bir məhfumdur ki, onu sevməyən çətin tapıla. Pullar gündəlik həyatımızın ayrılmaz hissəsidir. Tarixin müxtəlif vaxtlarında pul olaraq müxtəlif dəyərli qida vasitələrindən istifadə olunub. Bunlara dəri, duz, ipək və s. misal göstərmək olar.

İlk kağız pullar Çində istifadəyə verilib. Ən populyar əskinazlar 500 evroluqdur. $ işarəsi ilk dəfə 1788-ci ildə ortaya çıxarılıb. Benjamin Franklin dolların simvolu hesab olunur.

Kanada ilk dəyəri 1.000.000 dollar olan qəpik istehsal edən ölkədir. İlk bankomat 1939-da Amerika Birləşmiş Ştatlarında istifadəyə verilib. Üzərində reklam olan ilk qəpiklər Belçikada insanlara təqdim olunub.

1999-cu ildə Rumıniyada polimerdən qəpik istehsal olunmuşdu. BƏƏ-də yalnız qadınların işlədiyi bank mövcuddur. İtaka şəhəri özünəməxsus pulları olan yeganə şəhərdir.

İlk kağız pullar Çində işıq üzü görüb. Dünya əhalisinin 1/3-i günlük 2 dollardan aşağı vəsaitlə yaşamağa çalışır.Qədim Romada borclu insanlar özləri ilə borc haqda kağız daşımalı idilər.

Yapon yeni – dünya valyutaları içərisində ən sirli ad kimi təsir bağışlayan yapon yeninin adı kifayət qədər bəsit mənaya sahibdir. Belə ki, valyutanın adı Çin valyutası yuanın adından qaynaqlanır.

Çin yuanı – Bəs o zaman yuan adının mənası nədir? Yuan sözü tərcümədə “dairəvi əşya” və yaxud “dairəvi qəpik” mənasını verir. Bəli, Sin imperiyası dövründə çinlilər məhz bu dərəcədə bəsit düşünürdülər.

Amerikan dolları – Amerika dollarının adı isə avropalı taler qəpiyinin adından əmələ gəlib. Taler XVI-XVII əsrlərdə əsas dünya valyutası idi.

Funt sterlinq – Versiyalardan birinə görə, valyutanın adı gümüş funtdan götürülüb. Belə ki, kiçik gümüş qəpiklər sterlinq adlanırdı. Digər bir geniş yayılmış versiyaya görə isə, Almaniyada məşhur ticarət regionu olan İsterlinqdə gümüş qəpiklər “easterling silver” adlanırdı.

Latın Amerika pesosu – Milli peso Argentina, Kolumbiya, Çili ərazisində hazırda aktual valyutadır. Bütün bu valyutalar isə orta əsrlərdə mövcud olan və “çəki” mənasını verən ispan pesosunun davamçılarıdır.

İsveç eresi – Ere – skandinaviya ölkələrində istifadə olunan valyutadır. Pulun adı isə Qədim Romada istifadə olunan aureus sikkəsinin adından götürülüb.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az