Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən regionları əhatə etməklə “Payızlıq əkinlərində dənli taxıl bitkilərinin becərilməsi” mövzusunda Şəki, Tərtər, Qobustan, Ağstafa, Kürdəmir və Cəlilabad rayonlarında fermerlər üçün ödənişsiz təlimlərin keçirilməsi nəzərdə tutulub.
Visiontv.az xəbər verir ki, təlim mövzuları 3 istiqamətdə müəyyənləşdirilib:
1. Becərmə;
2. Bitki mühafizəsi;
3. Gübrələmə və meliorativ tədbirlər.
Fermerlər iştirak etmələri üçün akinchiliketi@gmail.com ünvanına və 055-607-83-14 (Whatsapp) nömrəsinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər. Təlimlər fermerlər qeydiyyatdan keçdikdən sonra onların müraciətlərinə uyğun olaraq keçiriləcək.