Fəlsəfi təfəkkür üçün Aristotel və ya Kantı oxumaq şərt deyil
Fəlsəfi təfəkkür üçün Aristotel və ya Kantı oxumaq şərt deyil
25.05.2022 Səlahəddin Xəlilov Tərəfindən

Fəlsəfi təfəkkür - istedadlı gənclərimizin genində var.

Istanbulda əsasən azərbaycanlıların kitablarını nəşr edən bir yayın evi var - Zengin yayıncılık.

Azərbaycanda fikir həyatını diqqətdə saxlamaq və Türkiyəli həmkarlarımıza da çatdırmaq üçün Tütrk Fəlsəfə Mərkəzində hərdən bir Zəngin yayıncılığın buraxdığı kitabların da təqdimatını keçirirk. Son nəşrlərdə Həsən Həsənovun "Atropatena" və Vilayət Quliyevin "Atatürk və Ahmet Ağaoğlu" kitablarından - cəmi 40 kitab sifariş verdik. Amma nəşriyyat bizə daha iki kitab göndərdi: Kismet Rüstemovun "Geleceğin tarihi" və Revan Cavitin "Absürt menü" kitabları.

Sifariş verdiyimiz kitablar barədə öncədən bilgim var idi və onları filosof həmkarlarımıza payladıq ki, uyğun vaxtda müzakirəsini keçirək. Nəşriyyatın hədiyyəsini isə kənara qoydum ki, öncə özüm baxım... Telefonda nəşriyyat müdirinə demişdim ki, bədii ədəbiyyat göndərməsinlər, çünki profildən çox kənara çıxa bilmərik. Amma sən demə hər iki kitab fəlsəfi yönlü imiş. Gənc ədiblərimizin həyata fəlsəfi baxış təşəbbüsləri sevindiricidr.

Professor Səlahəddin Xəlil

Visiontv.az