Evi təmizləyəndə XLORDAN istifadə ETMƏYİN! - Toksikoloqdan XƏBƏRDARLIQ
10.04.2020

Evi təmizləmək üçün xlor tərkibli məhlullardan istifadə etmək məsləhət deyil, çünki xlor yüksək toksinlidir.

VisionTV.az -ın  BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu barədə ən yüksək kateqoriyalı həkim-terapevt, toksikoloq Aleksey Vodovozov xəbərdarlıq edib.

"Bu səbəbdən evdə başqa vasitələrdən istifadə etmək tövsiyə olunur, əks halda nəfəs almaq mümkün olmayacaq", - deyə həkim qeyd edib.

Vodovozov, həmçinin, vurğulayıb ki, xlor və bu tərkibli məhlullardan istifadə edərkən qoruyucu maska, əlcək və eynək taxılmalıdır.

Onun sözlərinə əsasən, eyni vaxtda həm antibakterial, həm də antivirus təsiri göstərən konsentrasiyanı ev şəraitində yaratmaq mümkün deyil.

Evdə spirt tərkibli məhsullar və ya dezinfeksiyaedici maddələrdən istifadə etmək daha yaxşıdır.

"Rospotrebnadzor"un koronavirus pandemiyası zamanı evlərin təmizlənməsi barədə açıqladığı qaydalara əsasən, qapı və şkafların tutacaqları, işıq açarları və tez-tez toxunduğumuz digər səthləri dezinfeksiya edilməlidir. Nəm təmizləmə həftədə iki-üç dəfə aparılmalıdır.