Etirazçılarla əfv olunmayacaqlar
10.02.2026

Göstəriş vermişəm ki, təhlükəsizlik məsələləri ilə hər hansı formada əlaqəsi olan bütün məhkumların adları əfv siyahısından çıxarılsın.

Bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib.

Onun sözlərinə görə, etiraz aksiyalarında saxlanılan şəxslər 1979-cu il İslam inqilabının ildönümü münasibətilə keçirilən illik əfv proqramlarına daxil edilməyəcək.

"Son etirazlarla bağlı ittiham olunan və ya məhkum edilmiş şəxslər də fevralın 11-nə planlaşdırılan əfv siyahısına salınmayacaq",- Ejei əlaə edib.

Qeyd edək ki, ötən il dekabrın 28-dən başlayan və 3 həftə davam edən etiraz aksiyaları zamanı və ondan sonrakı dövrdə 50 mindən çox insan həbs edilib.

visiontv.az