Əsir, yoxsa diversant?
Əsir, yoxsa diversant?
28.12.2021 Bəybala Mirzəyev Tərəfindən

Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə keçirilən görüşdə erməni tərəfdən iştirak edən nümayəndələrdən biri - Stanislavski adına İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan sözügedən görüşün bəzi təfərrüatlarını açıqlayarkən erməni əsirlərin mümkün qədər tez qaytarılmalı ollduğunu bildirib.

O, Azərbaycan nümayəndə heyətilə keçirilmiş görüşün humanitar xarakter daşıdığını, siyasi mövzulara toxunulmadığını vurğulayıb.
Marianna Mxitaryan deyib ki, Ermənistanla Azərbaycanın təhsil və mədəniyyət xadimləri 44 günlük müharibədən sonra ilk dəfə bu formatda görüşdülər.

Sitat:

“Görüş zamanı bildirdik ki, dialoq yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya bilər. Azərbaycan nümayəndələri bizə dedilər ki, “bəli, sizin oğullarınız mütləq evlərinə qayıdacaqlar”.

Eyni zamanda Qarabağdakı minalanmış sahələrlə bağlı istəklərini ifadə etdilər, söhbət minalanmış ərazilərin xəritələrindən gedir. Mən isə bildirdim ki, obrazlı desək, münasibətlərimizdə çoxlu mina sahələri var. İlk növbədə bu problemləri həll etmək lazımdır".
Mxitaryan qeyd edib erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır - hərbi əsirlər mümkün qədər tez qayıtmalıdırlar.
Bu qadındakı qırmızılığın hədsizliyinə baxın. Marianna Mxitaryan yaxşı bilir ki, hazırda Azərbaycanda erməni hərbi əsir yoxdur. Olanlar isə hərbi əsir deyil, diversantdırlar. Azərbaycan 44 günlük müharibədə ordumuza əsir düşən erməni hərbçillərinin hamısını qaytarıb. Diversantlara "hərbi əsir" demək isə sadəcə həyasızlıqdır.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Bəybala Mirzəyev

Visiontv.az