Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib.
O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir.
Hikmət Hacıyev “iki ölkə arasında münaqişə fəslinin başa çatdığını” vurğulayıb.
Azərbaycan və Əfqanıstanın beyin mərkəzləri regional nəqliyyat dəhlizlərini müzakirə edib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb