Ermənistanın Rusiya demarşları Moskvanı qəzəbləndirib
Ermənistanın Rusiya demarşları Moskvanı qəzəbləndirib
24.02.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurduğunu qeyd edib.

Bu, Ermənistan və Rusiya strateji müttəfiqlik münasibətlərinin Yerevan tərəfindən pozulmasıdır. Rusiya və Ermənistan arasında münasibətlərin kəskinləşməsi Cənubi Qafqazda sabitləşdirici faktordu. Rusiya 200 ildir erməni amilindən Azərbaycana qarşı işğal, etnik təmizləmə, soyqırım və vandalizm siyasəti apararaq Cənubi Qafqazda geosiyasi mövqelərini qoruyub saxlayıb. Azərbaycan da ərazilərini işğaldan azad etməsi ilə Rusiyanın regionda mövqeyi zəifləyib. Ermənistan Rusiya və İranla strateji tərəfdaşlığa son verməsi region üçün yeni imkanlar açır. Rusiya Ermənistan əlaqələrində getdikcə qırılmalar artacaq. Hətta Yerevan küçələrində atəş səsləri də gələ bilər.

Ermənistan hakimiyyəti Fransa kimi avantürist bir ölkəni regiona gətirməklə yeni problemlərə yol aça bilər. Ermənistanın Rusiya demarşları Moskvanı qəzəbləndirib. Rusiya Ermənistan ordusunda Azərbaycana qarşı sərhəddə təxribatlara əl ata bilər. Necəki, bugün Kəlbəcər istiqamətində atəşkəs pozuldu. Amma, Azərbaycan cavab tədbirləri görmədi. Azərbaycan bununla sabitlikdə və sülh müqaviləsində maraqlı olduğunu ortaya qoydu.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az