Ermənistanda yeni siyasi təlatüm baş qaldırır
09.05.2019

Koçaryan ona qarşı qaldırılan cinayət işini "siyasi" adlandırıb və Paşinyan hökumətini seçici ədalətdə ittiham edib

Sabiq prezident "məxməri inqilabı" "cəmiyyətdə narazılığın artması və dəyişikliklərə cəhdi"nin nəticəsi kimi dəyərləndirib

 Ermənistan rəhbərliyi ilə mübarizə aparmaq üçün güclü müxalif qüvvələr birləşəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan "Reuters"-ə yazılı müsahibəsində bildirib.

Koçaryan ona qarşı qaldırılan cinayət işini "siyasi" adlandırıb və Paşinyan hökumətini seçici ədalətdə ittiham edib.

 

Ermənistanın sabiq prezidenti eyni zamanda qeyd edib ki, Ermənistanda yeni siyasətçilər meydana çıxır və müxalif partiyalar yaranır.

"Bu proses, şübhəsiz çox tezliklə hakimiyyətlə mübarizə apara bilmək qabiliyyətinə malik güclü siyasi qüvvələrin yaranması ilə nəticələnəcək", - deyə Koçaryan vurğulayıb.

Koçaryan "bu müxalif qüvvəyə qoşulacaqsızmı" sualını "təbii ki" cavablandırıb.

Sabiq prezident "məxməri inqilabı" "cəmiyyətdə narazılığın artması və dəyişikliklərə cəhdi"nin nəticəsi kimi dəyərləndirib. O, eyni zamanda baş verənləri inqilab adlandırmayıb: "Mən bunu inqilab adlandırmazdım. Cəmiyyətdə aqressiya, populizm və rəhbərlikdə diletantizmin meydana gəlməsi istisna olmaqla ölkədə heç bir şey dəyişməyib".