Ermənistan, Rusiya və İranı narahat edən hərbi attaşe
Ermənistan, Rusiya və İranı narahat edən hərbi attaşe
18.03.2025 Bəybala Mirzəyev Tərəfindən

Böyük Britaniyanın Bakıdakı diplomatik nümayəndəliyinə hərbi attaşe təyin edilməsi təkcə erməniləri deyil, Rusiyanı və İranı da ciddi şəkildə narahat edir.

Bədxah qonşularımız müdafiə və təhlükəsizlik sahəsində İngiltərə-Azərbaycan tərəfdaşlığının güclənməsini özlərinin Cənubi Qafqazla bağlı məkrli planları üçün arzuolunmaz hal kimi dəyərləndirirlər.

Lakin Böyük Britaniyanın Cənubi Qafqazda atdığı addımlara nə Fransa, nə Rusiya, nədəki İran mane ola bilməz. Ermənistan isə London tərəfindən, ümumiyyətlə, ciddiyə alınmır.

Britaniya-Azərbaycan münasibətləri çox dərin strateji maraqlar üzərində qurulub. Hərbi attaşenin təyin edilməsi isə London-Bakı əməkdaşlığında yeni səhifə açır. Qlobal xaos dövründə hərbi faktorun önə keçməsi tamamilə təbiidir.

Bəybala Mirzəyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8