Daim anti-Azərbaycan mövqeyi ilə tanınan, bədnam iranlı ekspert Ehsan Movəhhediyan İran və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsinə toxunaraq, əsassız şəkildə iddia edib:
“Sülh təlimi” Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yol aça bilər, baxmayaraq ki, Azərbaycan sülh müqaviləsi üçün “məntiqi olmayan” ilkin şərtlər irəli sürür. İran və Ermənistanın Norduz sərhədində birgə hərbi manevr keçirməsi İranın öz sərhədlərini müdafiə etməkdə ciddiliyini nümayiş etdirir. İran öz qırmızı xətlərini müdafiə etməkdə, yəni Cənubi Qafqazda İran-Ermənistan sərhədini saxlamaqda kifayət qədər ciddidir”.
Populist açıqlamaları ilə İran mediasında gündəmə gələn Ehsan Movəhhediyanın cəfəng sözlərinə görə, “İsrail və Britaniya Zəngəzur dəhlizini açmaq üçün İran-Ermənistan sərhədini kəsmək fikrindədir”.
Movəhhediyan xəbərdarlıq edib ki, “İrana qonşu olan bəzi dövlətlər İranla Ermənistan arasında sərhədi kəsməyə çalışır və ya bu barədə düşünürlərsə, Tehran buna imkan verməyəcək”.
visiontv.az