Ermənilər niyə adekvat ola bilmir?
Ermənilər niyə adekvat ola bilmir?
18.09.2023 Bəybala Mirzəyev Tərəfindən

Və yaxud nəyə görə qədim fransız xalqını, demokratik Fransa dövlətini və Qərbin mədəniyyət paytaxtı sayılan Parisi vandal erməni qadın təmsil edir?

Ötən gün Parisdə fransız xalqını utandıracaq rüsvayçı bir hadisə baş verib. Belə ki, Parisin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında şəhərin meri Ann İdalqonun erməni əsilli xanım köməkçisi rəsmən quldur kimi davranıb. 

Düzdür, bəziləri bunu təxribat törədilməsi kimi dəyərləndirir. Ancaq bu səhv yanaşmadır. Təxribat bu cür olmur. Bu əsl vandalizmdir, vəhşilikdir, irqçilikdir, mənəvi-psixoloji terrorçuluqdur, qudurğanlıq və quldurluqdur. 

Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anuş Toranyan (Anouch Toranian) hər kəsin gözü qarşısında Azərbaycan stendində dava salaraq, stendimizi dağıtmağa çalışıbsa, ölkəmizin ünvanına nalayiq ifadələr işlədibsə və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edərək stendimizin əsas təşkilatçılarından biri olan Aytən Muradovaya heç bir əsas olmadan "terrorçu" deyibsə, bütün bunlara sadəcə təxribat kimi yanaşmaq, üzərindən ötüb keçmək olmaz. 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvləri bütün bu təhqirlərə və quldur davranışlara görə məhkəməyə müraciət etməli və vandal Anuşun layiqincə cəzalandırılmasına nail olmalıdırlar. Qoy hamı görsün kimi Ann İdalqonun köməkçisi necə bir emosiyalarına hakim ola bilməyən, özünü nəzakətli məmur kimi yox, bandit kimi, kriminal "avtoritet" kimi aparan qeyri-adekvat bir şəxsdir. 

Və qoy hamı görsün ki, əslində əksər ermənilərin gerçək siması bu cürdür. Şəxsiyyətin ikiləşməsi sindromundan əziyyət çəkən ermənilər üzdə özlərini sivil, mədəni aparmağa çalışsalar da, lakin ilk fürsətdə aqressiya püskürməyə, özlərini barbar kimi aparmağa başlayırlar. 

P.S.
Bu ilin avqustunda xanım İdalqonu "humanitar yardım" avantürasına qoşaraq Ermənistana və oradan da bizim "Laçın" postunun önünə gətirtdirən də məhz bu Anuş olmuşdu. 

P.P.S.
Yeri gəlmişkən, bizim soydaşımıza "terrorçu" damğası vurmağa çalışan Anuş Toranyanın ən yaxın qohumlarından biri Ara Toranyan ASALA-nın keçmiş fəallarından biridir. ASALA-nın amansız terror təşkilatı olması isə bütün dünyaya, o cümlədən fransızların özlərinə də yaxşı məlumdur. Çünki ASALA vaxtilə Parisdə də terakt törədib. 

Taleyin ironiyasına baxın ki, ASALA ilə bağlılığı olan Toranyan ailəsinin bir üzvü bu gün Parisin merinin köməkçisi kimi "sivil insan" cildinə bürünüb. Məhkəmə bu faktı ifşa etməli və bu barbar erməninin istefasına nail olmalıdır.

Bəybala Mirzəyev

Visiontv.az