Erməni yaltaqlığının sonsuzluğu...
Erməni yaltaqlığının sonsuzluğu...
07.11.2024 Bəybala Mirzəyev Tərəfindən

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan yaltaqlıqda hədsiz ifrata varması ilə Ginnesin rekordlar kitabına düşə bilər/

Azərbaycanla yekun sülh sazişini imzalamağı min bir bəhanə ilə yubadan Ermənistan adlı proje-dövlətin (və ya proksi-dövlətin) Rusiyada səfiri təyin edilmiş Qurgen Arsenyan bu gün Moskvada etimadnaməsini Rusiya prezidenti Vladimir Putinə təqdim edərkən nəinki öz xalqının adından, həmçinin bizim də adımızdan çıxış edərək deyib ki, "ermənilər və azərbaycanlılar Rusiyanın və rus xalqının dostudur. Vladimir Vladimiroviç Putin bir daha həm Ermənistan, həm də Azərbaycan vətəndaşlarına başa saldı ki, Rusiya dost olub, dostdur və belə də qalır".

Erməni yalanları ilə yoğrulmuş bu yaltaq ifadələr sözsüz ki, Putini məmnun edib. Bunu həmin mərasimdən yayılan foto-videogörüntülərdən də görmək mümkündür.

Görünən budur ki, Gürcüstanda rusiyapərəst qüvvələrin parlament seçkilərində qalib gəlməsindən sonra Ermənistan rəhbərliyi də dərhal yeni şəraitə uyğunlaşmaq və Rusiya ilə münasibətləri sürətlə yaxşılaşdırmaq yolunu tutub.

Səfirin Putinin və Rusiyanın şərəfinə "dostluq nəğmələri" oxuması da ilk növbədə bu yeni geosiyasi reallıqla bağlıdır.

Axı ermənilər əlüstü cild dəyişməyi və dondan-dona girməyi, mövcud şəraitə operativ surətdə adaptə olmağı çox yaxşı bacarırlar.

Odur ki, bu gün Kremldə sabunlu-sabunsuz erməni mədhiyyələrinin səslənməsi əsla təəccüblü deyil.

Bəybala Mirzəyev

visiontv.az