Ərdəbildə su böhranı: Sudan istifadədə qənaət etməyə çağırıldı
07.05.2024

Ərdəbil əyalətində su çatışmazlığı böhranı yaşanır, istifadəçilər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər bu reallığı qəbul edib və sudan istifadəyə qənaət etməlidirlər.

Bunu Ərdəbil əyalətinin Regional Su Şirkətinin İstismar və İnkişaf İdarəsinin rəisi Fərahim Kazimi Azər deyib.

O, qaydasız istismar nəticəsində yeraltı su ehtiyatlarının sürətlə tükəndiyini və yaxın vaxtlarda su çatışmazlığı böhranının dahada dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Ərdəbil əyalətində ümumilikdə 1856 kənd və yaşayış yerinin yarısının etibarlı və daimi su mənbəsi, su təchizatı şəbəkəsi yoxdur.

visiontv.az