“E-qanun.ai” platforması Süni İntellekt əsaslı sistemlərin tətbiqinə dair atılmış strateji addımdır
“E-qanun.ai” platforması Süni İntellekt əsaslı sistemlərin tətbiqinə dair atılmış strateji addımdır
27.09.2025 Elvin ABBASOV Tərəfindən

İstifadəyə verilən “E-qanun.ai” platforması Azərbaycanın hüquq sistemində Süni İntellekt əsaslı sistemlərin tətbiqinə dair atılmış strateji addımdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanmış platforma, "Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın tələblərinə cavab verir. Platformanın məqsədi qanunların hər kəs üçün əlşatan və anlaşılan olmasını təmin etmək, eyni zamanda peşəkarların iş prosesini sadələşdirməkdir.

“E-qanun.ai”nın əsas dəyəri onun ənənəvi açar söz axtarışından fərqli olaraq, təbii dil emalı texnologiyalarına əsaslanmasıdır. Bu, istifadəçilərə qanunları sadəcə mətnə görə deyil, həm də mənasına (semantikasına) görə axtarmaq imkanı verir. Süni İntellekt alqoritmləri sayəsində sistem axtarış nəticəsinin dərin təhlilini aparır və istifadəçiyə anlaşılan, qısa xülasəsini çıxararaq təqdim edir. Bu funksiya xüsusilə hüquqşünas olmayan vətəndaşlar üçün qanunların əlçatanlığını və şəffaflığını artırır. İstifadəçilər axtarışları hibrid formada apara və Süni İntellekt əsaslı təhlilləri öz şəxsi hesablarında izləyə bilərlər.
Tərkibində normativ hüquqi aktlardan qeyri-normativ aktlara qədər geniş baza mövcud olan bu platforma hüquqşünaslar və əlaqədar sahədə çalışan peşəkarlar üçün alətə çevrilə bilər. “E-qanun.ai” Azərbaycanda hüquqi məlumatın əldə edilməsi standartlarını tamamilə yenidən müəyyənləşdirəcək. Bu, rəqəmsal transformasiya və dövlət xidmətlərinin modernləşdirilməsi yolunda strateji və irəliyə baxan bir inkişaf kimi qiymətləndirilə bilər.

Bir mətn şəkili ola bilər

AİKTSA sədri Elvin Abbasov

visiontv.az