Etiraz edən vətəndaşın döyülməyi də nə deməkdir? Bu ölkədə yaşayan hər bir vətəndaşın öz siyasi mövqeyini bildirmək haqqı vardır və bu ali qanunla qorunmaqdadır. Mitinqə toplaşan etirazçıların da uzaqlaşdırılmasının yolları vardır. Bu sivil və hörmət çərçivəsində olmadlıdır. Digər yollar sadəcə anlaşmazlıqları dərinləşdirəcəkdir.
Fikir ayrılığı düşmən olmaq demək deyildir. Fikir ayrılığı inkişafın təməlidir. Fikir ayrılığı və müstəqil düşünən insanlar tarixə can vermişlərdir. Bu səbəbdəndir ki, günümüzdə onların kəşfləri və əməklərinin bəhrəsindən bəşəriyyət faydalanmaqdadır.
Hər şeydən əlavə Tofiq Yaqublu qazidir və müharibə iştirakçısıdır. Siyasi müxalifətdə olsa belə, artıq bu ölkənin polisi də, məmuru da - qazi, müharibə iştirakçısı və şəhid ailələri önündə hörmətlə durmağı öyrənməlidir. Yoxsa millət gözündə dəyərləri olmayacaqdır.
Muşfiq Məmmədov
Visiontv.az