Doğrudan da olduqca anlamlı fotodur
Doğrudan da olduqca anlamlı fotodur
19.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski həddindən artıq fikirli və yorğun görünür.

Adam həqiqətən də yorulub. Elə Ukrayna xalqı da yorulub. Şər dövləti olan Rusiyanın başlatdığı ədalətsiz müharibə bitmək bilmir. Qərb də NATO-nun bütün gücünü bu müharibəyə yönəldib Ukraynaya dəstək versə də, lakin Rusiyanı dayandıra bilmir (yadaki dayandırmaq istəmir).

Nəticədə Ukrayna Rusiya ilə Qərb arasında (və yaxud, Qlobal Cənubla kollektiv Qərb arasında) hesablaşma predmetinə, geosiyasi bazarlıq vasitəsinə, qurbanlığa çevrilib.

Ukraynanı isə qarşıda daha keşməkeşli günlər gözləyir.

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və BRİCS-in tədbirləri ilə yanaşı, Avropa Siyasi Birliyinin Zirvə toplantılarında, Münhen Təhlükəsizlik Konfransının sammitində iştirak etməsi isə indiki kritik məqam üçün ən düzgün taktikadır.

Bəli, biz nə Qlobal Cənubun (Rusiya və Çinin) maraqlarına xidmət edən bloklara (ŞƏT və BRİCS-ə) görə Qərb platformaları ilə əməkdaşlıqdan imtina etməli deyilik, nədəki Qərbin maraqlarına görə Qlobal Cənubun yaratdığı bloklara tam olaraq arxa çevirməliyik. Çünki istər Qərbə, istərsə də Qlobal Cənuba tam olaraq güvənmək mümkün deyil. Ona görə də, biz müstəqil siyasətimizə davam edərək hər iki tərəflə, hər iki düşərgə ilə öz milli, strateji maraqlarımıza uyğun çərçivədə əməkdaşlıq ab-havasını qoruyub saxlamalıyıq.

Bir sözlə, Azərbaycan özünün müstəqil oyunçu statusunu bütün tərəflərə qəbul etdirməlidir.

Paşinyanın İlham Əliyevlə görüşməkdən tülkü kimi qaçması isə müasir erməni siyasi tarixi üçün əsl rüsvayçılıqdır. Axı "İgidlik ondur, doqquzu qaçmaq, biri isə gözə görünməmək" fəlsəfəsi gəlmiş-keçmiş bütün erməni liderlərinin sevimli dəst-xətti olub.

Elə köçəryanların, sərkisyanların qarınağrısına düşüb tualetə qaçmaqları da müasir erməni "xalq dastanları"nın ən yeni səhifələridir. İndi Zavallı Nikol da onların qoyub getdiyi pis ənənəyə sadiqlik nümayiş etdirir.

Odur ki, bir gün bütövlükdə ermənilər də onlara doğma olmayan Ermənistanı (Qərbi Azərbaycanı) da beləcə qoyub qaçsalar, heç buna da əsla təəccüblənmərik.

P.S.

Ukrayna xalqına və Zelenskiyə isə Allah qüvvət versin.

Bəybala Mirzəyev

visiontv.az