21.09.2020
Axtar
Gündəlik
alt

Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər-deputat Erkin Qədirli

Deputat Erkin Qədirli: “Deputatlara verilən bayram payı haqqında demək istəyirəm ki, bu, köhnə qaydadır, illərdir tətbiq olunur. Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur.

Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki: 1) etik saymıram; 2) reklamdan xoşum gəlmir; 3) hamıya yardım etmək imkanım yoxdur.

Söhbət açılıbsa, tam hesabatımı yazım. Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bunları dediyim anda maaş kartımda 9,860 manat 59 qəpik var.

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”. 

Şərh