Darvin Nunyes fanatlarla dava etdiyi üçün uzunmüddətli diskvalifikasiya oluna bilər
12.07.2024

İngiltərənin "Liverpul" klubunun uruqvaylı üzvü Darvin Nunyes uzunmüddətli diskvalifikasiya oluna bilər.

BAKU.WS Daily Mail-yə istinadən xəbər verir ki, buna səbəb futbolçunun Amerika Kuboku zamanı kolumbiyalı fanatlarla dava etməsi ola bilər.

Qeyd edək ki, futbolçu onu tribunadan təhqir fanatların üzərinə stul atmışdı. Uruqvay yığması isə Amerika Kubokunun yarımfinalında 0:1 hesabı ilə Kolumbiya yığmasına uduzmuşdu. 

Visiontv.az