Coratda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, 69 yaşlı qadın ölüb
28.10.2024

Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Bu barədə Visiontv.az-a Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.

2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.