COP29-a yanaşmada Böyük Britaniyanın prinsipial mövqeyi...
COP29-a yanaşmada Böyük Britaniyanın prinsipial mövqeyi...
17.10.2024 Sahib Alıyev Tərəfindən

Qərbdə, özəlliklə də ABŞ və Fransada oradakı hay diasporunu da önə verərək COP29 öncəsi Azərbaycanı hədəfə alan, hətta sözü gedən beynəlxalq tədbiri boykota çağıran çevrələrin məkrli planlarının baş tutmayacağını Böyük Britaniya parlamentinin Lordlar Palatasında 4-cü Qlobal Enerji Həftəsinin açılış törənində deyilənlər də təsdiqlədi.

Həmən tədbirdə Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət naziri Lord Hunt Azərbaycanda keçiriləcək COP29-un yaşıl enerjiyə keçid baxımından çox böyük önəm daşıdığını, onun uğurla nəticələnməsi üçün dövlətimizə hər çür dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Lordlar Palatasının üzvü David Evans isə COP29-a ev sahibliyi etməklə beynəlxalq iqlim danışıqlarına şərait yaratmaq kimi məsuliyyətli işi öhdəsinə götürdüyünə görə Azərbaycana təşəkkür edib. O, COP29-un Bakıda uğurla təşkilinə əminliyini ifadə edib.

İkinci Qarabağ savaşı uğurla nəticələnən kimi BMT Təhlükəsilzik Şurasında Azərbaycan əleyihinə qətnamə hazırlayıb təsdiqlətdirə bilməyənlər COP29-a yanaşmada Böyük Britaniyanın belə prinsipial mövqe sərgiləməsinin nə demək olduğunu yəqin anlamamış deyillər.

Sahib Alıyev

visiontv.az