STATUS: Bu ölkədə böyük əksəriyyət (sosial şəbəkə seqmenti) söyüşdən həzz alır-Aynur Camal
19.08.2020

Bu ölkədə böyük əksəriyyət (sosial şəbəkə seqmenti) söyüşdən həzz alır, söymək və söydürmək istəyir.

Bu nə manyaklıqdır? Klaviatüra “möcüzəsi” getdikcə daha da iyrəncləşir. Beyinlər yetərincə oksigen almır, ya başqa səbəblər də var? Nə deməkdir bu, nə baş verir, nə ad verək, necə izah edək? Söyüşü, təhqiri niyə adiləşdirirsiz? Mediayadək gətirib nə etmək, nə demək istəyirsiz? Hətta qadınlar da söyüş və təhqir tələb edir - oxuduğum bir yazıya aid şərhlərə əsasən deyirəm.

Halbuki virtualdan - Facebook-dan iki addım o yanda, yəni realda kifayət qədər normal Həyat var, həyatlar var, insanlar var, sevgilər var, sayğılar var...

Visiontv.az