Brüsseldə əldə edilən nəticə: Postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş
Brüsseldə əldə edilən nəticə: Postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş
01.09.2022 Hikmət Babaoğlu Tərəfindən

Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş kimi qiymətləndirilə bilər.

Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur.Postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər qətiyyət tələb edirdi: Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi.Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı.Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır.İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar.Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu yaxud ümumiyyətlə Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür və danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı (Aİ) və xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var. Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevirilməsi üçün ilkin şərtlər artıq mövcuddur.

Millət vəkili Hikmət Babaoğlu

visiontv.az