21.02.2020
Axtar
Dünya
alt

Bolqarıstan rusiyalı diplomatları ölkədən çıxarır

Bolqarıstanın hakimiyyət orqanları casusluqda ittiham olunan iki Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.

Visiontv.az-ın TASS-a istinadən xəbər verir ki, Rusiyanın bu ölkədəki səfiri Xarici işlər Nazirliyinə çağırılıb və ona bu barədə nota təqdim olunub. Arzuolunmaz şəxs elan edilənlər səfirliyin diplomatı və ticarət nümayəndəliyinin əməkdaşıdır.

Rusiyanın Bolqarıstandakı səfirliyinin məlumatına görə, diplomatların onların statusu ilə bir araya sığmayan fəaliyyəti haqqında heç bir dəlil-sübut təqdim edilməyib.

Şərh