Bizim Mişel
Bizim Mişel
09.04.2022 Elbəyi Həsənli Tərəfindən

Tigran Grigoryan Qarabağ ermənisidir. Siyasi şərhçi kimi tanınır. Brüssel görüşü ilə bağlı o deyir: “Avropa Şurasının sədri Şarl Mişel üçüncü dəfədir ki, bəyanat verir. Heç bir bəyanatda nə Dağlıq Qarabağ, nə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir kəlmə yoxdur”.

Təbii ki, bu, təsadüfi deyil. Özü də bu məqama Azərbaycan da daxil olmaqla dünyanın fərqli ölkələrinin siyasi analitikləri də diqqət ediblər...

Şarl Mişel niyə erməniləri məyus edir? Niyə o, ermənilərin marağını önə çəkməkdə o qədər də istəkli görünmür? 
Təbii ki, Şarl Mişel də ermənipərəstdir, türkə qarşıdır. Məsələn, 2020-ci ilin avqustunda Yunanıstan və (yunan hissəsi) Kipr arasında yaşanan münaqişədə o, birmənalı və sərt şəkildə Türkiyəyə qarşı çıxıb. Yunanların müdafiəsinə qalxıb.

Ancaq indi Ermənistanı müdafiə edə bilmir. Ən azı açıq şəkildə bunu etməkdən çəkinir. Çünki ortadakı reallıqlar anti-Azərbaycan mövqeyindən çıxış etməyə imkan vermir...

Şarl Mişel maraqlı adamdır. Onun atası Luis Mişel Belçikanın naziri olub. Avropanın müxtəlif təşkilatlarında yüksək vəzifələrdə çalışıb. Şarl Mişel 18 yaşında Walloon Brabant əyalətinin deputatı seçilib. 25 yaşında isə o, Walloon Brabant əyalətinin naziri idi. Bu yaşda nazir olmaqla o,  Belçika tarixinə düşüb...

Şarl Mişel Amélie Derbaudrenghien adlı xanımla qeyri-rəsmi şəkildə evlidir. Onların iki uşağı var. O da bəllidir ki, onlar evliliklərin rəsmiləşdirmək istəyiblər. Ancaq karona dönəmi izdivacın başa tutmasına imkan verməyib. Buna baxmayaraq Amélie Derbaudrenghien Avropa Şurasının rəsmən birinci ledisi hesab olunur...

Şarl Mişelin başqa bir xanımdan da bir oğlu var...

Elbəyi Həsənli

Visiontv.az