Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhid Xocavənddə dəfn edilib
12.07.2024

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları Xocavənd rayonunun Qaradağlı kəndində dəfn edilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, Xocavənd ərazisində xidmət aparan hərbi qulluqçular və media nümayəndələri iştirak edib.

Dəfn hərbi orkestrin dövlət səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə icra olunub.

Sonra üçrəngli Azərbaycan bayraqları şəhidin doğmalarına təhvil verilib.

***

09:14

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.

Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduqları və uğrunda həlak olduqları Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.