Bəşəriyyətin gələcəyi necə olacaq?
23.07.2024

Öncə Günəş sisteminə daxil olan planetlərdə insanların məskunlaşması üçün koloniyalar yaradılacaq. Kimlər bu koloniyaları tikib-yaradacaq? Süni Intellektlə yüklənmiş robotlar.

Bəşər sivilizasiyası robotların köməyi ilə Günəş sistemindən kənardakı planetlərdə də özünə yuva qurmağa çalışacaq.

Bəziləri deyir ki, süni intellektlə yüklənmiş robotlara insanları məhv edə bilərlər. Nəzəri baxımdan bu, mümkündür. Düşünün ki, belə rabotlar insandan az qala milyon dəfə ağıllı olacaq. Yəni insan belə robotlarla intellekt yarışına girə bilməz. Bu, mümkünsüzdür…

Düşünürəm ki, bəşər övladı bu təhlükəni dəf etmək gücündədir…

Bu məsələ ilə bağlı belə bir yanaşma da olmalıdır. İnsan robotlara yükləyəcəyi süni intellekti özünə necə, yükləyə bilməzmi? Məncə, bu, mümkündür.

Məntiqlə robotlara süni intellekt müəyyən həddə qədər yüklənməlidir, yəni nəzarətdən çıxa biləcəkləri nöqtə qırmız xətt sayılmalıdır.

Hələ ki, bəşər sivilizasiyasının böyük problemləri var. Ən böyük problem odur ki, dünyada 200-dən çox dövlət və hər bir dövlətin öz marağı var. Yer kürəsi vahid mərkəzdən idarə olunmalıdır. Bunun üçün isə bütün planet vahid dövlətə çevrilməlidir…

Statistika belədir ki, böyük ölkələrin hərbi xərcləri bir mərkəzdə cəmləşsə, həmin kapitalın hesabına uzağı 10 il ərzində digər planetlərdə, öncə Mars olmaqla, ilk koloniyalar yaradıla bilər.

Böyük ehtimalla demək olar ki, ABŞ başda olmaqla Qərb ölkələri bu işdə irəli çıxacaq. Şübhəsiz ki, Çin, Rusiya, Hindistan, hətta Yaponiya başqa planetlərdə məskunlaşmağa can atacaqlar. Əlbəttə, bu kimi dövlətlər arasında rəqabət prosesin sürətlənməsinə təkan verərdi. Ancaq dövlətlər ayrı-ayrılıqda yox, birlikdə bu işi görsəydilər, daha yaxşı olardı…

Bəs, Siz bəşəriyyətin gələcəyini necə görürsüz? Gələcəyimiz parlaqdır, yoxsa gələcəyi də bəri başdan zülmətə qərq etmişik?

Elbəyi Həsənli

visiontv.az