Baydenin qərarını gec verməsi Demokratlar Partiyasının zamanını daraldıb
Baydenin qərarını gec verməsi Demokratlar Partiyasının zamanını daraldıb
23.07.2024 Elxan Şahinoğlu Tərəfindən

Co Baydenin ABŞ prezidentliyi uğrunda yarışdan geri çəkilməsi qərarı Ağ Evə geri qayıtmağa hazırlaşan Donald Trampın işini bir qədər çətinləşdirəcək.

Tramp xəstə Bayden üzərində rahatlıqla qələbə qazanacaqdı. İndi isə Demokratlar Partiyası Baydenin yerinə gənc və iddialı namizəd irəli sürəcəklər və bu halda Tramp yeni rəqibi ilə daha ciddi mübarizəyə hazırlaşmalı olacaq. Baydenin qərarını gec verməsi Demokratlar Partiyasının zamanını daraldıb. Buna baxmayaraq, Demokratlar Partiyası qısa müddətdə toparlanmağa çalışacaq. Vitse-prezident Kamala Harrisin yarışa qatılacağı ehtimalı haqqında çox danışılır. Başqa namizədlər də iddialarını ortaya qoyacaqlar.

Elxan Şahinoğlu

visiontv.az