Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı Forum keçirilib.
Visiontv.az xəbər verir ki, forum çərçivəsində “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” və "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" adlı panellər təşkil olunub.
Forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.
Tədbirdə çıxış edən Türkmaneli Federasiyasının Dərnəklər sədri Mehmet Tütüncü Kərkükdə Azərbaycan universiteti yaradılmasını təklif edib: "Bunun üçün dəstək lazımdır. Aidiyyəti şəxslərdən xahiş edirəm, bu mövzunu diqqətdə saxlasınlar. Belə bir universitet olsa, tələbə mübadiləsi də edə bilərik. Türkman tələbələr Azərbaycanda, azərbaycanlılar da Kərkükdə təhsil ala, araşdırmalar apara, əsərlər yaza bilərlər", - o qeyd edib.