17.09.2019
Axtar
Ölkə
alt

Bakıda nazirlər və deputatlar bir araya gəldi - FOTOLAR

Bu gün ümummilli lider Heydər Əliyecin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş "Ulu öndər" sənədli filminin və mahnının təqdimat mərasimi keçirilir.

VisionTV.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, tədbirdə prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Daxili İşlər naziri Vilayət Eyvazov, Gənclər və İdman naziri Azad Rəhimov və deputatlar iştirak edir.

"Heydər Əliyev 1923-2003-cü illərdə yaşayıb fəaliyyət göstərmiş, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir".

Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Ulu öndər" sənədli filminin və mahnısının təqdimat mərasimində deyib. O bildirib ki, Heydər Əliyev ölkədə dinamik inkişafı təmin etmiş böyük azərbaycanlı olub.

Ə. Həsənov Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtdığını, milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirdiyini qeyd edib: "Nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti-öz xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir".

Ə. Həsənov qeyd edib ki, sonrakı 1993-2003-cü illərdə müstəqil Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılıb: "Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" 
Bakıda nazirlər və deputatlar bir araya gəldi - FOTOLARBakıda nazirlər və deputatlar bir araya gəldi - FOTOLAR

 

 


 

Şərh