Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO
18.04.2024

Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən  bildirilib.

Vurğulanıb ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

 

 

visiontv.az