18.011.2019
Axtar
Gündəlik
alt

Bakı-Quba yolunda ağır qəza-4 ölü

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin kimliyi məlum olub.

Dünən axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az-ın verdiyi məlumata görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. "Mercedes" markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. 

Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Ölənlərdən biri Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA

 

Şərh