“Traxtor” komandasının oyunları ilə bağlı reportaj hazırlamağına 5 illik qadağadan sonra azərbaycanlı futbol müxbiri Muctaba Saei növbəti dəfə komandanın oyunlarını şərh edəcəyini açıqlayıb.
Səsi Azərbaycanlı futbolsevərlər tərəfindən olduqca yaxşı tanınan şərhçi fəaliyyətini bərpa edəcəyini bildirib.
O, qayıdışının motivi kimi futbol reportajlarına, “Traxtor” komandasına olan sevgisini, xalqla sıx əlaqəsini göstərib və bu emosional bağı qərarının əsas səbəbi hesab edib.
Onun açıqlamasına görə, uzun fasilədən sonra ilk reportajı yəqin ki, cümə günü keçiriləcək “Traxtor” ilə “Bəndər Ənzəli” komandaları arasındakı oyunda olacaq.
Qeyd edək ki, İran Radio və Televiziyasının rəsmiləri beş il əvvəl Muctaba Saeiyə yüngül atletika oyunları haqqında reportaj hazırlamağı qadağan etmişdilər.
visiontv.az
ABŞ rəsmisi: “Tehran-Vaşinqton danışıqlarının nəticələri milyonlarla insana təsir edəcək”