Azərbaycanda meşələrin qorunması mühafizə polisinə və ya özəl təşkilatlara həvalə oluna bilər
18.09.2020

“Meşələrin mühafizəsinin digər qurumlara, mühafizə təşkilatlarına və ya özəl təşkilatlara verilməsi barədə düşünmüşük”.

Visiontv.az-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. 

O bildirib ki, bununla bağlı təkliflər hazırlanır: “Meşələrin qorunmasının mühafizə polisinə, birgə mühafizəyə və ya özəl müəssisəyə verilməsi haqda təkliflərimiz var”.