Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılacaq
Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılacaq
13.10.2021 MEDİA Tərəfindən

Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılması üçün texniki şərtlər hazırlanır.

Visiontv.az xəbər verir ki, bu barədə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə. İsmayılovun sözlərinə görə, mütəxəssislər innovativ olaraq, artıq MEDİA ilə birlikdə işləyir: "Şərtlər toplusu hazır olduqdan, müvafiq qaydada tenderlər həyata keçirildikdən sonra qısa müddət ərzində “e-kiosk”, yaxud “e-qəzet” formatında olması düşünüləcək belə bir platformanı cəmiyyətin, ictimaiyyətin istifadəsinə verəcəyik".