Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmamalıdır
Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmamalıdır
25.07.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan xaricdən silahlar alınmasını inkişaf etdirməsi, real sülh danışıqlarından imtina etməsi ilə nəticələnə bilər. Fransadan Ermənistana silah tədarük edilir. Təkcə silahlar, deyil hərbi təlimatçılar bu silahların tətbiqi, şəxsi heyətin təlimləri, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş aparmaq təlimləri keçirilir.

Ermənistan təkcə Fransadan deyil, Hindistanla 600 milyon dollarlıq silahlar alınmasi istiqamətində müqavilə imzalanıb. Ermənistanın hücum silahları alması, milyard dollarlar xərcləməsi Rusiyanın orbitindən çıxmağa hədəflənməyib.

Ermənistan rəhbərliyi bir tərəfdən sülh deyir, bir tərəfdən silahlanır.

Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmamalidır. İki il ərzində Ermənistan silahlanıb, bu vaxta kimi sülh müqaviləsi bağlanmasa, Yerevan tərəfindən tam sülh danışıqları dayandırılacaq.

Qeyd edim ki, N. Paşinyanın hakimiyyətdə uzun illər qalması sual doğurur. Gürcüstandakı kimi hakimiyyət dəyişikliyi olarsa, Rusiya yaxın qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlər kəskinləşməsi mümkündür. Ona görə də Azərbaycan Ermənistana ciddi təzyiqlər etməlidir. Türkiyə də burada fəal siyasət yeritməsina ehtiyac var.

Ermənistanın silahlanmasının qarşısını almaq, Zəngəzuru tam götürüb təhlükəsizlik zolaq yaratmağa ehtiyac ola bilər. Sülh müqaviləsinin 90 faizi razılaşdırılıbsa, ortada hərhansı bir saziş yoxdur. Ermənistanla ikitərəfli danışıqlar prosesinə fasilə verilib.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az