Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var
Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var
13.07.2024 Vüqar Bayramov Tərəfindən

Azərbaycan Prezidenti İlham Əliyev qardaş Pakistanda rəsmi səfərdədir. Pakistan Azərbaycanın haqq işinə hər zaman dəstək olan dövlətlərdəndir. Son illər iki ölkə arasında həyata keçirilən rəsmi səfərlər dövlətlərin qarşılıqlı münasibətlərinin daha da güclənməsinə töhvə verməkdədir.

İki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var. 2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da 2021-ci il ilə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz ötən il 27 milyon dollaradək yüksəlib.Bu isə münasibətlərin inkişaf dinamikasını göstərir.

Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr və imzalanan sənədlər bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Pakistan səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq. Bu səfər strateji münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək.

Millət vəkili Vüqar Bayramov

visiontv.az