Bu azərbaycanlı fəalın ailəsinə yaxın olan məlumatlı mənbə xəbəri təsdiqləyərək deyib: “Cənab Seyfxah 36 gün dözdükdən sonra 12 aprel 2025-cü il, şənbə günü aclıq aksiyasını dayandırdı”.
Ayaz Seyfxah ona və digər Güney Azərbaycan fəallarına qarşı ədalətsiz hökmlərə və uydurma ittihamlara etiraz olaraq 2025-cü il martın 7-dən aclıq aksiyası keçirirdi. O, aprelin 11-də 209-cu palataya köçürülmüşdü.
Qeyd edək ki, bu azərbaycanlı fəal 2024-cü ilin yanvarında ədalətli mühakimə prinsiplərinə əməl olunmadan həbs edilib və 2024-cü ilin oktyabrında Tehran İnqilab Məhkəməsinin hakim Əbülgəsim Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib və hökm apellyasiya şöbəsi tərəfindən təsdiqlənib.
visiontv.az