ABŞ İsrailin başladığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika hərbçilərinə qarşı cavab zərbələri endirməyə hazır olacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "NBC News" telekanalına müsahibəsində bildirib.
“Müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, aydın məsələdir. Özünümüdafiə isə hər bir ölkənin qanuni haqqıdır,” – nazir deyib.
İranın baş diplomatı onu da bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp istəsəydi, bir telefon zəngi ilə İsraili İrana hücumu dayandırmağa razı sala bilərdi.