Alçanı duza batırıb yeməyin - Bədəndə şişlər yaradır
07.05.2021

Yaşıl alça C vitamini, lif, potasium, A vitamini ilə zəngindir. Diş və sümükləri qoruyur. Tərkibindəki sitrik asid vücuddakı laktik asidi təsirsiz hala gətirə bildiyi üçün yorğunluğun qarşısını alır. Lakin bizdə alçanı çoxları duzla yeyir. Visiontv.az bildirir ki, mütəxəsislər alçanı duzla yeyən insanlara xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, alça duzla birlikdə yeyildiyi zaman bədəndə şişlər yarana bilər.

Məlumatda alçanın gün ərzində 2-3 dəfə hər dəfə 4-6 ədəd olmaqla yeyilməli olduğu vurğulanıb. Meyvənin isə təbii, qatqısız olması mütləq şərtlərdən biridir. Düzgün yeyildiyi zaman isə alça bağırsaq fəaliyyətini normallaşdırır, arıqlamağa dəstək verir.