Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
18.07.2025

Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Xatırladaq ki, Aİ xarici işlər nazirləri iyulun 15-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edə bilməyiblər.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, sanksiyalar yenidən Slovakiya tərəfindən bloklanıb.

“Biz çox yaxın idik, amma təəssüf ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekun olaraq təsdiq edə bilmədik. Slovakiya bundan imtina etdi”, - Kallas qeyd edib.