Ukrayna müharibəsinin davam etməsi və Rusiyanın müəyyən dərəcədə irəliləməsi Kiyev üçün çətin vəziyyət yaradıb.
Məhz ABŞ Rusiya -Ukrayna müharibəsindən öz geopolitik maraqlarını təmin etməklə, Avropanı öz nəzarətində saxlayir. Həmçinin Rusiyanın qalib gəlməsinə imkan verməməklə onun resurslarını tükədərək fövqəl dövlət iddiasının qarşısını alır.
Qeyd edim ki, ABŞ Rusiyanın hərbi qüvvələrini kifayət qədər zəiflədib. Məhz Moskvanın Şimali Koreyadan kömək istəməsi, bunun bariz nümunəsidir. ABŞ-dan fərqli olaraq Avropa dövlətləri vahid siyasi mövqe ortaya qoyub, Ukraynaya tam hərbi dəstək verib, Ukraynanın qalib gəlməsini təmin edə bilərlər. Hazırkı müharibə Avropanın təhlükəsizliyini və suverenliyini təhdid edir. Fransa prezidenti E. Makron və Almaniya rəsmləri vahid Avropa ordusunun qurulmasından danışır. Çünki, ABŞ-ın Ukrayna müharibəsindən yalnız öz geosiyasi məqsədləri üçün istifadə etdiyinin fərqindədirlər. ABŞ Ukraynanın qalib gəlməsində nə də, Rusiyanın məğlub olmasında maraqlı deyil.
Vaşinqtonun yeni siyasi nizamda bir qütblü sistemin inkişafı üçün Avropa ölkələri ABŞ tam tabe olmalı və Ukrayna Rusiya və Avropa arasında bir baryer olmalıdır. Təbii ki, Rusiyanın fövqəl dövlət olmaq planı və çox qütblü dünya sisteminin formalaşması üçün iddiaları indiki müharibənin başlanmasına gətirib çıxardı. Kreml post-sovet ölkələrini yenidən öz orbitinə qaytarmaq üçün yeni müharibəyə başlaması gözlənilirdi. Bu qaçılmaz idi. Məhz bu muharibə Ukraynada baş verdi.
Kreml rəhbərliyi Rusiya Belarus və Ukrayna ittifaqı yaradıb, MDB ölkələrini də bu ittifaqa gətirəcəkdi. ABŞ belə bir planın qarşısını almalı idi. ABŞ bunun qarşısını almaqla, Avropanın Rusiya ilə yaxınlaşmasının üstündən xətt çəkdi.
Demək olar ki, Rusiya -Ukrayna müharibəsi yeni müstəvidə davam edəcək. Şimali Koreya ordusu müharibədə iştirak etdiyi üçün Çexiya prezidenti vətəndaşlarının Ukraynada döyüşünə icazə verdi. Eyni addımı Polşa və digər Avropa ölkələri də atması istisna deyil. Çünki Avropa ölkələri ABŞ-dan fəqrli olaraq müharibənin bitməsində maraqlıdırlar. Əgər, Avropa ölkələri vahid şəkildə Ukraynaya tam dəstək olub, Vaşinqtonu təlimatından kənarda müharibəni aparsalar , gələn ildən Rusiyanın danışıqlar masasına əyləşdirmiş ola bilərlər.
Məhəmməd Əsədullazadə, MCP Başqan müavini
visiontv.az