ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi təzyiqləri artırdığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus çoxsaylı döyüş gəmiləri artıq İrana doğru hərəkət edir.
Tramp bildirib ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və bir neçə idarə olunan raket esminesi yaxın günlərdə Fars körfəzi bölgəsinə daxil olacaq.
Amerika prezidenti açıqlamasında bu hərbi addımı “nəhəng donanma” kimi xarakterizə edərək, Tehrana bir daha xəbərdarlıq edib. Tramp İran hakimiyyətini etirazçıları öldürülməkdən çəkinməyə və nüvə proqramını davam etdirməməyə çağırıb.
İranın ali rəhbəri Əli Xameneyinin devrilməsi və ya sürgün edilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp detalları açıqlamaq istəmədiyini bildirib. Bununla belə, o vurğulayıb ki, İslam Respublikası ABŞ-nin nə istədiyini çox yaxşı bilir.
visiontv.az