ABŞ dövlət katibinin Hakan Fidanla Azərbaycan və Ermənistan sülh gündəliyini müzakirə etməsi Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır
ABŞ dövlət katibinin Hakan Fidanla Azərbaycan və Ermənistan sülh gündəliyini müzakirə etməsi Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır
26.01.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında Yaxın Şərqdə baş verən siyasi -hərbi proseslər və Ermənistan Azərbaycan arasında sülh müqaviləsi müzakirə edilib. Göründüyü kimi, Ankara Ermənistan Azərbaycan məsələsini gündəmində saxlayır və Vaşinqtonla müzakirə etməklə, prosesin tam Ermənistanın leyhinə işləməsinə imkan vermir. Həmçinin dövlət katibi ilə Ermənistan Azərbaycan arasında sülh müqaviləsi məsələsini müzakirə etməsi, Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır.

ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə kordinasiyalı davam etdirəcək. Bir neçə gün bundan əvvəl, Ermənistanın C. Bayden adminstrasiyasi ilə bağladığı "İkitərəfli strateji tərəfdaşlıq" sazişi birbaşa Vaşinqton -Yerevan dialoqunun formalaşmasına gətirməyəcək. Xüsusilə, D. Tramp administrasiyası Ankara ilə Ermənistan siyasətini uzlaşdıracaq.

Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı və Türkiyə ilə normallaşma prosesinə getməyə məcbur olacaq.

Ermənistanın Vaşinqtondan siyasi-hərbi gözləntiləri "arzu" olaraq qalacaq. ABŞ Ermənistana dövlət yardımlarinı dayandırıb. Həmçinin proses Azərbaycanla sülh müqaviləsi bağlamadan keçir. N. Paşinyan Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8