Donald Tramp Danimarkanın Qrenlandiya ilə bağlı "heç bir yazılı sənədi" olmadığını və hər şeyin yalnız "yüz illər əvvəl bir gəminin Qtenlandiya sahillərinə yanaşdığı" faktı əsassızdır.
Əslində isə ABŞ özü 1916-cı ildə Danimarkanın bütün Qrenlandiya üzərində tam suverenliyini rəsmi olaraq tanıyıb. 4 avqust 1916-cı ildə Amerika Danimarkanın Karib adalarını (indiki Virgin Adaları) satın aldıqda ABŞ dövlət katibi Robert Lansing ayrıca bir bəyannamə imzaladı və onun əsli Rigsarkivetdə – Danimarka Milli Arxivində saxlanılır. Bəyannamədə deyilirdi:
"Amerika Birləşmiş Ştatları Hökuməti Danimarka hökumətinin siyasi və iqtisadi maraqlarını bütün Qrenlandiyaya şamil etməsinə etiraz etməyəcək".
Bəyannamə Danimarkanın 1921-ci ildə bütün Qrenlandiyanı rəsmi olaraq öz ərazisi kimi iddia etməsinə kömək etdi və 1933-cü ildə Beynəlxalq Ədalət Daimi Məhkəməsi Danimarkanın ada üzərində suverenliyini tamamilə təsdiqlədi.
ABŞ prezidenti ABŞ-ın NATO müttəfiqi olan Danimarkanın Arktika ərazisini ələ keçirmək təhdidlərini əsaslandırmaq üçün sadəcə tarixə və beynəlxalq hüquqa məhəl qoymur. Tramp adətinə sadiq qalaraq növbəti dəfə həqiqəti təhrif edir. Bu, açıq-aşkar ağ yalandır. Yəni məsələ “gəmi əfsanəsi” yox, dövlətlərarası hüquqi sənədlər məsələsidir.
Trampın dedikləri tarixi bilməməkdən deyil, onu bilə-bilə siyasi manipulyasiya alətinə çevirməkdən qaynaqlanır.
İbrahim Nəbioğlu
visiontv.az