9 ayda azad edilmiş rayonlarda tikinti işlərinə 3.6 mlrd. manatdan çox vəsait xərclənib - Siyahı
05.11.2024

2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 266.3 milyon manat azdır. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 870 milyon 597 min manat vəsait yönəldilib.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 mln. 437 min manat), Ağdam (527 mln. 112 min manat) və Laçın ( 567 mln. 497 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39.2%-ni təşkil edib

Aşağıdakı cədvəldə cari ilin 9 ayı və ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Azad edilmiş ərazilər 2023-cü il yanvar-sentyabr. Min manat 2024-cü il yanvar-sentyabr. Min manat
Kəlbəcər rayonu 650370 797437,1
Laçın rayonu 983043,9 569497,8
Ağdam rayonu 341420,6 527112,2
Şuşa rayonu 332300,7 386148,9
Zəngilan rayonu 367889,8 329544,4
Füzuli rayonu 585624,1 319788,9
Cəbrayıl rayonu 334275,1 273959,9
Qubadlı rayonu 188330,8 270482,4
Xocavənd rayonu 87304,2 56439,9
Xocalı rayonu 38,1 34500
Xankəndi şəhəri   29053,7
Ağdərə rayonu   10341,9

 

Visiontv.az