21.010.2019
Axtar
Hadisə
alt

“6 saniyədən sonra Rəşadda can olmayıb”

Bu gün pilot Rəşad Atakişiyevin dəfnindən 7 gün keçirir. 

VisionTV.az xəbər verir ki, mərhum pilotun Samux rayonunun Alabaşlı kəndində yas mərasimi keçirilib. 

Apa Tv-yə açıqlama verən Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev hadisədən danışıb.

Atasının sözlərinə görə, hadisə baş verən zaman Rəşad 6 saniyə özündə olub. O istəyib ki, təyyarəni nizama salsın, texnikanı xilas etsin: 

"Ancaq 6 saniyədən sonra Rəşadda can olmayıb. Buna görə də o, katapult edə bilməyib. Cənab nazir Zakir Həsənov mənə dedi ki, ağsaqqal, siz fəxr etməlisiz. Çünki həmin 6 saniyənin bir saniyəsini Rəşad katapulta istifadə edə bilərdi. Amma Rəşad bunu yox, texnikanın xilas etməyi fikirləşib. Ancaq buna müəssər olmayıb. Rəşadda cəmi 6 saniyə can olub". 

Qeyd edək ki, hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

 

Şərh