2 yaşlı qızına əsəbləşən ana onu binadan atdı
17.06.2021

Türkiyənin Tekirdağ ərazisində ölümlə nəticələnən hadisə baş verib.

Visiontv.az xəbər verir ki, boşanma mərhələsində olan qadın 2 yaşlı qızını  götürərək, atası evinə köçüb. Belə ki, son günlərdə övladına fikir verməyən qadın dəhşətli əmələ əl atıb.  Ana qızının ağlama  səsinə  tab gətirməyərək, onu yaşadıqları  mənzilin 2-ci  mərtəbəsindən atıb.  Azyaşlı qısa zamanda xəstəxanaya  aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

Cani  ana isə  həbs olunaraq,  polis bölməsinə  aparılıb.  Ümmühan Dumanlıoğlu adlı qadın barəsində  qətimkan tədbiri seçilib.  

Unikal.org